“Sərhədçi” lisenziya döyüşlərini gözləyir

Boks həvəskarlarımıza məlum olduğu kimi, Azərbaycanın kişilərdən ibarət yığma komandasının yeddi üzvü Rio-de-Janeyro Olimpiadasına vəsiqə qazanmışdır. Ancaq bu da hələ son hədd deyil. Braziliyaya “biletlərimizin” sayını artırmaq üçün tezliklə daha bir imkan olacaq.

Dəri əlcək ustalarının lisenziya xarakterli sonuncu yarışı Bakıda təşkil ediləcək və iyunun 16-da “Sərhədçi” İdman-Olimpiya Mərkəzində starta çıxacaq. Turnirdə Azərbaycan üç boksçu ilə təmsil olunacaq. Bunlar Rüfət Hüseynov (49 kq), Kamran Şahsuvarlı (75 kq) və Teymur Məmmədovdur (81 kq).

Güman etmək olar ki, onların hər üçü doğma rinqdə qarşılarında duran vəzifəni yerinə yetirib olimpiyaçı olmaq hüququnu sübuta yetirməyi bacaracaq. Bunun üçün Hüseynov finala çıxmalı, Şahsuvarlı və Məmmədov isə ilk beş yerdən birini tutmalıdırlar. Əgər hər şey arzuladığımız kimi olsa, Azərbaycan komandası avqustda Olimpiada rinqində medallar uğrunda tam heyətlə (10 nəfər) mübarizə aparacaq.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında