Vüqar Həşimovun xatirə turnirində

Şəmkirdə görkəmli azərbaycanlı qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr edilən üçüncü beynəlxalq şahmat turniri tədricən finişə yaxınlaşır. Doqquz turdan ibarət yarışın altıncı raundunda rəqiblər “dinc” əhval-ruhiyyədə olmuş və bütün beş görüşdə heç-heçəyə razılaşmışlar. Turnir sahibləri Teymur Rəcəbov Şəhriyar Məmmədyarovla, Rauf Məmmədov rusiyalı Sergey Karyakinlə, Eltac Səfərli ABŞ təmsilçisi Fabiano Karuana ilə, habelə Aniş Giri (Hollandiya) Pavel Elyanovla (Ukrayna) və yarışın yeganə qadın iştirakçısı çinli dünya çempionu Hou İfan hindistanlı Pentala Harikrişna ilə xalı yarı bölmüşlər.

Finişə üç tur qalmış lider Karuananın 5 xalı vardır. İkinci-üçüncü mövqelərdə olan Giri və Karyakin müvafiq surətdə 4,5 və 3,5 xal toplamışlar. Məmmədyarov altı oyunda əllifaizli nəticə göstərmiş – 3 xal, Məmmədov, Rəcəbov və Səfərli 2,5 xal qazanmışlar.

Dünən yeddinci turun oyunları keçirilmişdir. Son iki turun görüşləri isə bu gün və sabah oynanılacaq.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında