AZAL yüksəklərdə "uçur"

Təsnifat yarışlarından sonra final mərhələsində Azərbaycan milli futbol çempionatının medalları uğrunda mübarizə aparmaq arzusu ilə yaşayan və hazırda bu məqsədə daha yaxın olan altı klubdan yalnız "Qarabağ" ötən şənbə və bazar günlərinə təsadüf edən 14-cü turda xal ehtiyatını artıra bilməmişdir. Avroliqa turnirində öz inamlı oyunu və layiqli qələbələri ilə futbol ictimaiyyətimizi ürəkdən sevindirən Ağdam klubu Unibank Premyer Liqasında heç cür öz oyununu tapa bilmir. Hesabat turunda AZAL ilə görüşdə 0:2 hesabı ilə məğlubiyyət "Qarabağ"ın xal qazana bilmədiyi beşinci oyun olmuşdur.
"Təyyarəçilər" isə çempionatda səkkizinci qələbə sayəsində üçüncü pillədə öz mövqelərini qoruyub saxlamışlar. Nazim Süleymanovun yetirmələrinin bu gün liderlər sırasında irəliləməsi bir də ona görə diqqət mərkəzindədir ki, mövsüm ərəfəsində bu komandanın çempionatda baş rollardan birini oynayacağı o qədər də inandırıcı görünmürdü. İndi isə turlar bir-birini əvəz etsə də, AZAL-ın "uçuşu" yüksəklərdə davam etdirməsi, əlbəttə ki, hamıya xoş təsir bağışlayır.
On dördüncü turun qalan oyunlarına gəldikdə, bu görüşlərdə hakimlər aşağıdakı nəticələri qeydə almışlar: "İnter" - "Turan" - 3:0, MOİK - "Bakı" - 0:4, "Simurq" - "Cəncə" - 0:0, "Xəzər-Lənkəran" - "Muğan" - 2:0, "Neftçi" - "Qəbələ" - 0:0.
Vahid liderin iki xal itirməsindən istifadə edən Lənkəran klubunun onunla öz arasındakı xal fərqini minimuma endirməsi qarşıdakı turlarda bu komandaların iştirakı ilə keçiriləcək oyunlara marağı, şübhəsiz, daha da artıracaq.
O Q H M T X
1. "Neftçi" 14 9 4 1 29-7 31
2. "Xəzər-Lənkəran" 14 9 3 2 16-6 30
3. AZAL" 14 8 4 2 20-7 28
4. "İnter" 14 8 3 3 13-9 27
5. "Bakı" 14 6 3 5 21-16 21
6. "Qarabağ" 14 6 3 5 15-11 21
7. "Qəbələ" 14 5 5 4 9-7 20
8. "Gəncə" 14 3 7 4 19-20 16
9. "Turan" 14 2 5 7 11-21 11
10. "Muğan" 14 2 5 7 6-16 11
11. "Simurq 14 1 4 9 9-21 7
12. MOİK 14 1 2 11 5-32 5
Növbəti, 15-ci turun görüşləri noyabrın 27-də ("Bakı" - "Xəzər-Lənkəran", "Gəncə" - MOİK, "Qəbələ" - "Simurq") və 28-də ("Turan" - AZAL, "Muğan" - "İnter", "Qarabağ" - "Neftçi") keçiriləcəkdir.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında