42-ci Dünya Şahmat Olimpiadasının başlanmasına 100 gün qalıb

Mayın 24-də “Baku Crystal Hall”-da bu il sentyabrın 1-dən 14-dək Azərbaycan paytaxtında baş tutacaq 42-ci Dünya Şahmat Olimpiadasının başlanmasına 100 gün qalması şərəfinə mətbuat konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlyumjinov, Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov, qarşıdakı Olimpiadanın Təşkilat Komitəsinin direktoru Mahir Məmmədov iştirak ediblər.

A.Rəhimov çıxışında bildirib ki, idman Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. O, ümummilli lider Heydər Əliyevin bu sahənin inkişafına verdiyi töhfələrdən danışıb, ölkənin indiki rəhbərliyinin ulu öndərin kursuna sadiqliyini vurğulayıb. Qeyd olunub ki, yarışlarda 180-dən çox ölkədən nümayəndələrin iştirakı gözlənilir, bu da olimpiadanı ən böyük yarışma səviyyəsinə qaldırır. Bu fakt, həm də ölkəmi yenidən özünü nümayiş etdirmək imkanı qazanmasından və bütün dünyadan böyük sayda turisti özünə cəlb edəcəyindən xəbər verir.

Nazirin sözlərinə görə, Azərbaycanın böyük beynəlxalq tədbirlər, o cümlədən idman yarışları keçirmək təcrübəsi var. Bu baxımdan təşkilati məsələlərin həlli üçün böyük işlər görülüb.

K.İlyumjinov bildirib ki, şahmat olimpiadası kəmiyyət və keyfiyyət komponentləri baxımından mühüm hadisə kimi tarixə düşəcək. FİDE-nin prezidenti xatırladıb ki, 2008-ci ildə Azərbaycanda şahmatın inkişafına dair Dövlət Proqramı qəbul edilib, çoxlu turnir keçirilir, ixtisaslaşdırılmış məktəblər açılır. Bütün bunlar ölkə rəhbərliyinin idmanı, o cümlədən şahmatı əhali arasında populyarlaşdırma ilə ciddi şəkildə məşğul olduğunu nümayiş etdirir.

K.İlyumjinov Olimpiadaya təşkilati hazırlığı yüksək qiymətləndirib və onun keçirilməsinə heç bir maneə olmadığını bildirib.

Milli Gimnastika Arenasının Olimpiadanın təntənəli açılış yeri təyin olunduğu bildirilib.

Tədbir iştirakçılarına yarışın maskotu, Musa Cəngiyevin “Chess Mate”i (“Şahmat oğlan”) təqdim edilib. Müəllifin sözlərinə görə, maskot gənc azərbaycanlı şahmatçının ümumiləşdirilmiş obrazını ehtiva edir. A.Rəhimov M.Cəngiyevə sertifikat və pul mükafatı təqdim edib.

Sonra Olimpiadanın başlanmasına gerisayımın rəsmi hesablanmasına start verilib.

Natiqlər jurnalistlərin suallarını cavablandırıb.

Sonda xatirə fotosu çəkilib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında