"Araz" "Ararat"ı sınağa çəkməyə hazırdır

Naxçıvanın "Araz" futzal komandasının UEFA kuboku yarışlarının seçmə mərhələsində uğurlu çıxışından sonra ölkəmizin idman həvəskarları Azərbaycan çempionunun elit mərhələdə oyunlarını böyük maraq və həyəcanla gözləməyə başlamışdılar. Budur, həmin an gəlib çatmışdır. Sabah "Araz" bu mötəbər yarışın həlledici mərhələsi olan "Dördlər finalı"na vəsiqə uğrunda mübarizədə ilk addım atacaq.
Turnir Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək. Orada futzal ustalarımızın rəqibləri "VİZ-Sinara" (Rusiya) "Montesilvano" (İtaliya) və "Ararat" (Kipr) klubları olacaq. Məqsəd isə birdir - qrupun qalibi olmaq. Komanda yalnız bu halda digər üç qrupda birinci yeri tutan kollektivlərlə birlikdə "Dördlər finalı"nda UEFA kuboku uğrunda mübarizəni davam etdirmək hüququ qazana bilər.
"Araz" Yekaterinburq şəhərinin eyniadlı idman sarayında birinci olaraq "Ararat"ı sınağa çəkəcəkdir. Bu oyun noyabrın 22-nə təyin edilmişdir. Startda qələbə turnirdə ümumi müvəffəqiyyətə nail olmaqda Azərbaycan təmsilçisinin öz qüvvəsinə inamını bir qədər də artırar. Sonrakı iki görüş daha çətin olacaq. İtaliya və Rusiya klubları da yeganə vəsiqəyə çox iddialıdırlar. Həmyerlilərimizin noyabrın 23-də "Montesilvano", bundan iki gün sonra isə "VİZ-Sinara" ilə keçirəcəkləri oyunlar əsl futzal tamaşasına çevrilə bilər.
Onu da qeyd edək ki, elit mərhələdə rəqiblər hərəsində dörd komanda olmaqla dörd qrupda yarışırlar. Qrupların qalibləri arasında həlledici görüşlər gələn ilin aprelində keçiriləcəkdir. Bu turnir "Dördlər finalı"nın iştirakçısı olacaq komandalardan birinin meydanında təşkil ediləcəkdir.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında