Livanın gənclər və idman naziri MOK-un vitse-prezidenti ilə görüşmüşdür

Noyabrın 20-də ölkəmizdə səfərdə olan Livanın gənclər və idman naziri Əli Hüseyn Abdullah Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə ilə görüşmüşdür.
Ç.Hüseynzadə MOK-un yaranma tarixi, fəaliyyəti, Azərbaycanda idman sahəsinin inkişafı istiqamətində görülmüş işlər, əldə olunmuş nailiyyətlər haqqında qonağa məlumat vermişdir. Bildirmişdir ki, Azərbaycanda idmanın inkişafına diqqət ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu qayğı hazırda MOK-un prezidenti, dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Xatırlatmışdır ki, Sinqapurda yeniyetmələr arasında Yay Olimpiya Oyunlarında 12 Azərbaycan idmançısı iştirak etmiş, onlardan 8-i ölkəmizə medalla dönmüşdür. Livanlı nazir öz ölkəsində son dövrlərdə idmana diqqətin daha da artdığını qeyd etmişdir. Azərbaycanda bu sahədə əldə olunmuş nailiyyətləri yüksək qiymətləndirən nazir Azərbaycanın təcrübəsindən yararlanmaq istədiyini vurğulamışdır.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında