Abdulla Qədimbəyli “Dünyanın gənc ulduzları” turnirində

Rusiya Federasiyası Leninqrad vilayətinin Kirişi şəhərində “Dünyanın gənc ulduzları” ənənəvi şahmat turnirinə start verilmişdir. Yarışın 12 iştirakçısı arasında Azərbaycan şahmat məktəbinin yetirməsi, FİDE ustası Abdulla Qədimbəyli də vardır.

Rusiya Şahmat Federasiyası saytının sayca 14-cü dəfə təşkil edilən bu turnir barədə yaydığı məlumatda bildirilir ki, rəqiblərdən altısı Rusiya, ikisi Belarus, qalan dördü isə Azərbaycan, Gürcüstan, Almaniya və Ermənistan təmsilçiləridir. Yarışın baş hakimi azərbaycanlı beynəlxalq dərəcəli hakim İlqar Bacaranidir. 

On bir turdan ibarət turnir mayın 28-də başa çatacaq. Qədimbəyli ilk görüşdə belaruslu Vyaçeslav Zarubitskiyə qarşı oynamış və heç-heçəyə razılaşmışdır.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında