On görüşdə yeddi qələbə

Qəzetimizin dünənki sayında xəbər verdiyimiz kimi, azərbaycanlı qrossmeyster Teymur Rəcəbov Moskvada keçirilmiş sürətli şahmatın blits növü üzrə dünya çempionatında inamla çıxış edərək iyirmi rəqibin gərgin mübarizəsində ikinci yeri tutmuş və gümüş mükafatçı olmuşdur.
Üç gün davam edən 38 turdan ibarət yarışın sonuncu günü təmsilçimiz üçün daha uğurlu olmuşdur. Dünya çempionatının ilk iki günündə 28 görüşdə 16 xal toplayan Rəcəbov finişdə on oyunda daha 8 xal qazanmış və yekun cədvəlində 24 xalla ikinci olmuşdur.
Turnirin sonuncu günü Azərbaycan şahmatçısı yeddi görüşdə italiyalı Fabiano Karuanaya, norveçli Maqnus Karlsenə, həmyerlisi Mixail Talın xatirə turnirinin üç qalibindən biri Şəhriyar Məmmədyarova, ukraynalılar Pavel Elyanova və Ruslan Ponomaryova, rusiyalı Aleksandr Qrişuka, israilli Boris Gelfanda qalib gəlmiş, iki oyunda Sergey Karyakin (Ukrayna) və Pyotr Svidlerlə (Rusiya) heç-heçəyə razılaşmış və yalnız bir rəqibinə uduzmuşdur.
Nəticədə, uğurlu finiş Rəcəbova üçüncü mükafatçı Karlseni bir xal qabaqlamaq imkanı vermişdir. Şahmatçımız yarışın qalibi Levon Aronyandan (Ermənistan) cəmi yarım xal geri qalmışdır.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında