Ümummilli liderin xatirəsinə həsr olunmuş beynəlxalq şahmat festivalı

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilən “Nakhchivan Open-2016” beynəlxalq şahmat festivalına start verilmişdir.

Naxçıvan Şahmat  Mərkəzində keçirilən festivalın iştirakçıları üç qrupda (“A”, “B”, “C”) mübarizə aparırlar. Ən güclülərin yarışdığı “A” qrupunda 48 rəqib, o  cümlədən 20 qrossmeyster çıxış edir. Festivalın baş hakimi beynəlxalq dərəcəli hakim Faiq Həsənovdur.

Turnirdə Azərbaycan şahmat məktəbi yetirmələrinin qonaqları Türkiyə, İran, Gürcüstan, Rusiya, Ukrayna, Almaniya və s.ölkələrin təmsilçiləridir.

Reytinqə görə iştirakçıların siyahısına Azərbaycan şahmatının lideri Şəhriyar Məmmədyarov (2748) başçılıq edir. Siyahıda birinci beşliyə həmçinin Eltac Səfərli (2664),  rusiyalı Yevgeni Alekseyev (2633), ukraynalı Yuri Kuzubov (2632) və Hollandiya şahmatçısı Sergey Tivyakov (2591) daxildirlər.

İlk iki turda ən yaxşı nəticəni yarış sahiblərinin nümayəndələri Məmmədyarov, Səfərli, Azər Mirzəyev və Vüqar Əsədli göstərmişlər. Onlar hərəyə 2 xal toplamışlar. İkinci turda belaruslu qrossmeyster Vadim Malaxatkoya qalib gəlmiş Zeynəb Məmmədyarova və daha bir neçə iştirakçı liderlərdən yarım xal geri qalırlar.

Turnir İsveçrə sistemi üzrə keçirilir və doqquz turdan ibarətdir. Dünən rəqiblər üçüncü turun görüşlərində qarşılaşmışlar. Yarışa mayın 18-də yekun vurulacaq.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında