“Böyük dəbilqə”də bürünc medal

Azərbaycan cüdoçuları Heydər Əliyev adına İdman Sarayında keçirilən və idmanın bu növündə ən mötəbər yarışlardan biri hesab edilən “Böyük dəbilqə” turnirinə bir bürünc medalla başlamışlar.

Səksəndən çox ölkə idmançılarının iştirakı ilə keçirilən turnirdə komandamızın mükafatlarının hesabını 66 kq çəki dərəcəsində çıxış edən Tərlan Kərimov açmışdır. Tatami ustamız üçüncü yer uğrunda görüşdə belçikalı Van Qansbekə qalib gəlmişdir.

Yarışın birinci günü ən yaxşı nəticəni Yaponiya komandası göstərmişdir – 1 qızıl, 1 gümüş medal. İspaniya və Monqolustan yığmaları hərəyə 1 qızıl və 1 bürünc mükafata sahib olmuşlar. Azərbaycan kollektivi 1bürünc medalla 12-ci yerdə idi.

Dünən turnir davam etdirilmişdir.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında