Avropa çempionatının ilk liderləri

Bakıda 17 yaşınadək futbolçulardan ibarət komandaların Avropa çempionatında “C” və “D” qruplarında Fransa – Danimarka (0:0), İngiltərə – İsveç (1:2), İtaliya—Serbiya (2:1) və Hollandiya—İspaniya (0:2) görüşləri ilə birinci tura yekun vurulmuş və qruplarda ilk liderlər məlum olmuşdur.

Start turundan sonra “A” qrupunda (Azərbaycan, Portuqaliya, Belçika, Şotlandiya) Portuqaliya və Belçika, (“B”) qrupunda (Avstriya, Bosniya və Herseqovina, Ukrayna, Almaniya) Avstriya, “C” qrupunda İsveç, “D” qrupunda isə İtaliya və İspaniya komandaları hərəyə 3 xalla lider mövqeyinə yüksəlmişlər.

İkinci turun ilk dörd oyunu bu gün keçiriləcək: Azərbaycan—Belçika, Portuqaliya—Şotlandiya, Ukrayna—Avstriya, Almaniya—Bosniya və Herseqovina. Bu turun daha dörd görüşündə isə sabah fransızlar ingilislərlə, Danimarka komandası İsveçlə, İtaliya futbolçuları hollandiyalı yaşıdları ilə, serblər ispanlarla qarşılaşacaqlar.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında