Mövsümün vida görüşləri

Bir çox milli futbol komandaları ötən çərşənbə günü yoldaşlıq görüşlərində meydana çıxaraq 2010-cu ildə son oyunlarını keçirmişlər. Azərbaycan yığması Podqoritsa şəhərində Avropa çempionatının seçmə yarışlarında "G" qrupunda (bu qrupa həmçinin İngiltərə, İsveç, Bolqarıstan və Uels daxildir) liderlik edən Çernoqoriya komandası ilə qarşılaşmış və 0:2 hesabı ilə uduzmuşdur.
Futbolçularımız birinci hissədə rəqibə ciddi müqavimət göstərib öz qapılarının təhlükəsizliyini təmin edə bilsələr də, fasilədən sonra bunu bacarmayıb iki dəfə oyuna mərkəzdən başlamalı olmuşlar.
Həmin gün qitə çempionatının seçmə yarışlarında Azərbaycan yığmasının rəqibləri olan komandaların iştirakı ilə keçirilmiş görüşlər isə belə nəticələnmişdir: Hollandiya-Türkiyə-1:0, İsveç-Almaniya - 0:0, Avstriya-Yunanıstan-1:2, Rusiya-Belçika - 0:2.
Xatırladaq ki, Avropa çempionatının seçmə yarışlarında komandamızın çıxış etdiyi "A" qrupunda növbəti oyunlar 2011-ci il martın 25-də keçiriləcəkdir. Həmin gün Almaniya- Qazaxıstan və Avstriya-Belçika görüşləri oynanılacaq. Martın 29-da Azərbaycan yığması Belçikanın qonağı olacaq, Türkiyə futbolçuları avstriyalı rəqiblərini qəbul edəcəklər.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında