Avroliqanın finalı: “Liverpul” – “Sevilya”

UEFA Avropa Liqası turnirinin həlledici final görüşündə İngiltərinin “Liverpul” və İspaniyanın “Sevilya” komandaları qarşılaşacaqlar.

Yarımfinallarda ingilislər iki oyunun ümumi yekununda İspaniyanın digər təmsilçisi "Vilyareal"dan üstün olmuşlar. Səfərdə 0:1 hesabı ilə uduzan "Liverpul" öz meydanında üç cavabsız qolla qalib gəlmişdir-3:0.

"Sevilya" isə "Şaxtyor" (Donetsk) komandasını mübarizəni dayandırmağa məcbur etmişdir. Bir həftə əvvəl Ukraynada sərfəli nəticədən (2:2) sonra "Sevilya"klubunun futbolçluları "doğma divarlar" arasında cavab matçında inamlı qələbə qazanmışlar-3:1.

İndi "Liverpul"u da, "Sevilya"nı da Avroliqa kubokundan cəmi bir qələbə ayırır. Final görüşü mayın 18-də İsveçrənin Bazel şəhərinin "Sankt-Yakob Park" stadionunda keçiriləcəkdir.

Oqtay BAYRAMOV,
"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında