Xatirə turnirindən sonra dünya çempionatı

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Sergey Karyakin (Rusiya) və Levon Aronyanla (Ermənistan) birlikdə Moskvada səkkizinci dünya çempionu Mixail Talın xatirəsinə həsr edilən mötəbər beynəlxalq turnirin üç qalibindən biri olduqdan sonra bu yarışın iştirakçısı olmuş on qrossmeyster və daha on məşhur şahmatçı sürətli oyun üzrə dünya çempionatının mükafatları uğrunda mübarizəyə başlamışdır.
Dünya çempionatında ölkəmizi Məmmədyarovla yanaşı Teymur Rəcəbov və Rauf Məmmədov təmsil edirlər. Yarışın şərtlərinə görə rəqiblər hərəyə 38 görüş oynayırlar. Turnirin ilk iki günündə keçirilmiş 28 turdan sonra qrossmeysterlərimiz arasında daha yaxşı nəticə göstərən Rəcəbov 16 xal toplayaraq rusiyalılar Yan Nepomnyaşi və Vladimir Kramniklə üçüncü-beşinci yerləri bölüşmüşdür. Məmmədyarovun 14, Məmmədovun 11 xalı var idi. İlk iki yeri isə Aronyan (18,5 xal) və norveçli Maqnus Karlsen (17) tuturdular.
* * *
Beynəlxalq qrossmeyster Teymur Rəcəbov dünən keçirdiyi son 10 görüşü daha yaxşı oynayaraq dünya çempionatını 2-ci yerdə başa vurmuşdur.Həmyerlimiz 38 mümkün xaldan 24 xal toplamış və çempionatın gümüş medalına sahib olmuşdur. Şəhriyar Məmmədyarov (19,5 xal) turniri 8-ci, Rauf Məmmədov (18 xal) isə 12-ci yerdə başa vurmuşdur. Çempionatda dünyanın yüksək reytinqli 20 şahmatçısı iştirak etmişdir.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında