Güləş ustalarının İstanbul sınaqları

Bu gün İstanbulda güləş üzrə dünya Olimpiya təsnifat turnirinə start veriləcəkdir. Rio-de-Janeyro Olimpiadası—2016-ya  vəsiqə verən yarışda Azərbaycan dörd iştirakçı ilə təmsil olunacaq.

Yunan-Roma güləşi ustalarının turnirində Rəsul Çunayev (66 kq) və Şalva Qadabadze (98 kq), qadın güləşində isə Elis Manolova (63 kq) və Gözəl Zutova (75 kq) ölkəmizə Olimpiya “biletləri” qazandırmağa çalışacaqlar.

Birinci olaraq mübarizəyə bu gün “klassiklər” başlayacaqlar. Sabah isə qadınlar lisenziyaların sahiblərini müəyyənləşdirəcəklər. Avqustda keçiriləcək XXXI Olimpiya Oyunlarının medalları uğrunda mübarizə aparmaq hüququnu turnirin finalçıları qazanacaqlar.

İstanbul sınaqları güləş ustaları üçün Braziliyaya aparan yolda son addımdır. Hələlik Azərbaycan güləşçilərinin hesabında 13 lisenziya vardır. “Sərbəstlər” Olimpiadaya tam heyətlə (altı nəfər) getmək vəzifəsini müvəffəqiyyətlə yerinə yetirmişlər. Yunan-Roma güləşçiləri dörd, qadınlar isə üç çəki dərəcəsində yığmamıza vəsiqələri təmin etmişlər.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında