Dünyanın ən güclü tatami ustaları Bakıda görüşəcəklər

Azərbaycan paytaxtı daha bir mötəbər idman hadisəsi ərəfəsindədir. Mayın 6-da Heydər Əliyev adına İdman Sarayında cüdo üzrə “Böyük dəbilqə” turnirinə start veriləcəkdir.

Tatami ustalarının yarışlar təqvimində xüsusi yer tutan qarşıdakı turnirin medalları uğrunda 80-dən çox ölkənin ən yaxşı cüdoçuları, o cümlədən dünya çempionatlarının, Olimpiya oyunlarının qalib və mükafatçıları mübarizə aparacaqlar.

Üç gün davam edəcək “Böyük dəbilqə”də fəxri kürsüyə yüksələnlər həm də öz reytinq xallarını artırmaq imkanı qazanacaqlar. Turnirin qalibləri üçün 500, gümüş və bürünc medalların sahiblərinə isə müvafiq surətdə 300 və 200 xal nəzərdə tutulmuşdur. Gündən-günə yaxınlaşmaqda olan XXXI Olimpiya Oyunlarına hazırlıq istiqamətində reytinq xalları ehtiyatını artırmaq, əlbəttə, vacib şərtdir.

Azərbaycan turnirdə geniş  heyətlə təmsil olunacaq. Bu yaxınlarda Rusiyanın Kazan şəhərində keçirilmiş Avropa çempionatının qalibi Rüstəm Orucov (73 kq), gümüş mükafatçısı Orxan Səfərov (60 kq) və onların komanda yoldaşları, şübhəsiz, Bakıda öz pərəstişkarları qarşısında da əsl qələbə əzmi ilə mübarizə  aparacaqlar.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında