Əlli mindən çox şagirdi əhatə edən “Olimpiya hərəkatı” proqramına yekun vurulub

Beynəlxalq Olimpiya Komitəsinin və Olimpiya Oyunlarının ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkətinin, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK), Gənclər və İdman, eləcə də Təhsil nazirliklərinin birgə tərəfdaşlığı ilə keçirilən “Olimpiya hərəkatı” məktəblilərin kütləvi idman proqramı çərçivəsində təşkil edilən yarışların final mərhələsinin aprelin 28-də Bakı İdman Sarayında bağlanış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, mərasimdən əvvəl badminton və basketbol 3x3 idman növləri üzrə yarışların final mərhələsinə start verilib.

Badminton üzrə keçirilən yarışda Xətai rayonunun 260 və Suraxanı rayonunun 104 nömrəli orta məktəbləri birinci yer uğrunda mübarizə aparıblar. Nəticədə çempion adına 104 nömrəli orta məktəbin təmsilçiləri layiq görülüblər. Üçüncü pillədə Binəqədi rayonunun 244 nömrəli orta məktəbinin şagirdləri qərarlaşıblar.

Basketbol 3x3 üzrə yarışın finalında Nərimanov rayon 200 nömrəli orta məktəbin şagirdləri ilə Nizami rayonundakı 220 nömrəli orta məktəbin komandası qarşılaşıb. Nəticədə 200 nömrəli məktəbin komandası qalib gəlib. Yarışda üçüncü yeri isə Xətai rayonundakı 17 nömrəli orta məktəbim komandası tutub.

Yüngül atletika üzrə yarışların finalında Nərimanov rayonunun “Ankara” liseyinin komandası Suraxanı rayonunun 89 nömrəli orta məktəbinin təmsilçilərinə qalib gələrək yarışın ən yüksək pilləsinə qalxıb. Üçüncü yerə Səbail rayonunun 132-134 nömrəli orta məktəbinin şagirdləri sahib olublar.

Velosiped idmanı yarışlarının finalında Səbail rayonunun 132-134 və Nizami rayonunun 251 nömrəli orta məktəblərinin komandaları mübarizə aparıb. Yarışın qalibi 251 nömrəli məktəbin komandası olub. Bu idman növü üzrə üçüncü yerə Xəzər rayonunun 183 nömrəli məktəbinin komandası layiq görülüb.

Sonra qalib komandaların mükafatlandırılması mərasimi olub.

Qaliblərə mükafatları MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, Milli Məclisinin gənclər və idman komitəsinin sədri Fuad Muradov, gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Velosiped İdmanı Federasiyasının (AVİF) vitse-prezidenti Sahib Ələkbərov, təhsil naziri, Azərbaycan Badminton Federasiyasının prezidenti Mikayıl Cabbarov, Olimpiya çempionu Fərid Mansurov, “Coca-Cola” şirkətinin Mərkəzi Asiya və Qafqazda kommunikasiya və ictimai əlaqələr üzrə meneceri Oleq Piletski və Azərbaycan Basketbol Federasiyasının baş katibi Qəhrəman Məmmədyarov təqdim ediblər.

Bağlanış mərasimində həm musiqili-bədii proqram, həm də yeniyetmələrdən ibarət basketbol üzrə milli yığmamızın idman hərəkətləri ilə zəngin şou proqram nümayiş etdirib.

Yarışların bağlanış mərasimi möhtəşəm idman festivalı ilə başa çatıb.

Xatırladaq ki, ilk dəfə 2003-cü ildə Niderlandda həyata keçirilən “Olimpiya hərəkatı” proqramı genişlənərək digər ölkələri əhatə edib. Azərbaycan bu proqramın icra olunduğu beşinci ölkədir. Proqramın əsas hədəf qrupu Bakının orta ümumtəhsil məktəblərində təhsil alan 12-16 yaşlı şagirdlərdir. Məktəblilərin daha fəal və sağlam həyat tərzinə cəlb olunmasına töhfə verən proqram Azərbaycanda idmanın inkişafına mühüm təsir göstərir.

“Olimpiya hərəkatı” proqramına Bakının 400-dək orta ümumtəhsil məktəbində təhsil alan 50 mindən çox şagird həmin idman növləri üzrə yarışlara cəlb olunub.

Proqramın əsas məqsədi “Bakı-2015" birinci Avropa Oyunlarının sosial və idman irsinin davamı olaraq, şagirdləri yüngül atletika, veloidman, basketbol 3x3 və badminton yarışlarına cəlb etməkdir. Eyni zamanda, sağlam və fəal həyat tərzini, həmçinin Olimpiya dəyərlərini təşviq etməkdən ibarətdir. İdmanın dörd növü üzrə məktəbdaxili yarışlarla başlayan proqram Bakının rayonları üzrə birinciliklərlə davam edib və nəticədə 600-ə yaxın məktəbli yarışların final mərhələsinə vəsiqə qazanmışdı.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında