Xatirə turnirindən ikinci mükafatla

 Azərbaycan şahmatçısı Rauf Məmmədov Daşkənddə qrossmeyster Georgi Aqzamovun xatirəsinə həsr edilən beynəlxalq turnirin gümüş mükafatçısı olmuşdur.

Milli komandamızın üzvü Özbəkistan, Qazaxıstan, Tacikistan, Pakistan, Rusiya, Ukrayna, Hindistan və digər ölkələri təmsil edən 120-yə qədər rəqibin mübarizəsində 6 qələbə və 3 heç-heçə sayəsində 9 mümkün xaldan 7,5 xal toplamış və finişə ikinci çatmışdır.

Turnirin qalibi adını isə Məmmədovla eyni nəticə göstərən, lakin əlavə göstəricilərə görə ondan üstün olan tacikistanlı Fərrux Amonatov qazanmışdır. Üçüncü yeri 7 xalla Aleksandr Zubaryov (Ukrayna) tutmuşdur.

Oqtay BAYRAMOV,
"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında