Mançesterdə qolsuz heç-heçə

UEFA Çempionlar Liqası turnirində yarımfinal mərhələsinin oyunları heç-heçə ilə  başlamışdır.

İngiltərənin Mançester şəhərində Cüneyt Çakırın başçılığı ilə türkiyəli hakimlər briqadasının idarə  etdiyi "Mançester Siti" və İspaniyanın "Real" (Madrid) komandalarının görüşündə tamaşaçılar tribunaları qol görmədən tərk etmişlər (0:0).

Bu rəqiblərdən Liqanın finalına vəsiqənin sahibi mayın 4-də Madriddə oynanılacaq cavab matçından sonra məlum olacaq.

İspaniyanın "Atletiko" və Almaniyanın "Bavariya" komandaları arasında ilk yarımfinal oyunu isə dünən Madriddə keçirilmiş və Bakı vaxtı ilə gecəyarısı başa çatmışdır. Münhendə cavab görüşü mayın 3-nə təyin edilmişdir.

İki oyunun ümumi yekununda yarımfinalların qalibləri mayın 28-də Milanda (İtaliya) final görüşündə qarşılaşacaqlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında