Sərbəst güləşənlərimiz Olimpiadaya tam heyətlə gedəcəklər

Bu, Monqolustanın paytaxtı Ulan-Batorda yenicə başa çatan dünya Olimpiya təsnifat turnirinin sonuncu günü məlum olmuşdur. Azərbaycanlı sərbəst üsulla güləşən Mircəlal Həsənzadə (57 kq) XXXI Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq vəzifəsinin öhdəsindən müvvəfəqiyyətlə gəlib məşqçilərinin ümidini doğrultmuşdur.

Turnirdə Rio-2016-ya lisenziyaları öz çəki dərəcələrində ilk üç yeri tutan iştirakçılar qazanırdılar. İlkin mərhələlərin sınaqlarından şərəflə çıxan təmsilçimiz yarımfinalda hindistanlı Sandip Tomar ilə görüşdən də qalib ayrılıb finala yüksəlməklə milli komandamıza Olimpiya "bileti" qazandırmaq məsələsini müvvəfəqiyyətlə həll etmişdir.

M.Həsənzadənin bu uğurundan sonra Azərbaycanın sərbəst güləş ustalarının lisenziyalarının sayı altıya çatmışdır. Bu isə o deməkdir ki, güləşin bu növü üzrə komandamız yayda Braziliyaya tam heyətlə gedəcək.

Hazırda ölkəmizin üç güləş komandasının hesabında üst-üstə 13 lisenziya vardır. Onlardan altısını "sərbəstlər", dördünü "klassiklər", üçünü isə qadın güləşçilər qazanmışlar. Növbəti təsnifat turniri mayın 6-8-də İstanbulda keçiriləcəkdir. Bu dəfə yunan-Roma güləşçilərimiz və qadın güləşçilər lisenziyalarının sayını artımağa çalışacaqlar.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında