Rüstəm Orucov Azərbaycanı qızıl medalla sevindirdi

Azərbaycanın cüdo üzrə milli  komandasının üzvü Rüstəm Orucov mahir tatami  ustası olduğunu  bir daha inamla sübuta  yetirmişdir. İdmançımız Rusiyanın  Kazan şəhərində keçirilən Avropa  çempionatında 73 kq-dək  çəki dərəcəsində çıxış edən  bütün  rəqiblərindən yüksək  ustalıq nümayiş  etdirərək özünün  mükafatlar kolleksiyasına çoxlarının  həsəd  apara biləcəyi qitə  çempionatının  qızıl medalını da əlavə  etmişdir.

Qaliblərin  mükafatlandırılması  mərasimində böyük  qələbəsi şərəfinə  yarışın  keçirildiyi idman sarayında  Azərbaycanın  dövlət himninin  səsləndirilməsinə və  milli  bayrağımızın yüksəklərə ucaldılmasına ürəkdən sevinən Avropa  çempionumuz  fəxri  kürsünün zirvəsində  təbrikləri  qəbul etməyə  layiq  idi. O, böyük  zəfərə  aparan yolda  məqsədinə möhkəm iradəsi və əsl  qələbə əzmi  sayəsində çatdı. Litvalı Kestutis Vitkauskas, Çexiya  təmsilçisi  Yakub Jesminek, Sloveniya  cüdoçusu Roka Draksiç, yarımfinalda çempionat sahiblərinin  nümayəndəsi Denis Yartsev, finalda  isə  gürcüstanlı Olimpiya  çempionu Laşa Şavdatuaşvili Rüstəmlə görüşlərdən sonra tatamini  məyus halda,  məğlubiyyətlə  tərk  etməyə  məcbur oldular.

Dünya reytinq  cədvəlində öz  çəki  dərəcəsində liderlərdən  biri olan  və Rio-de-Janeyro Olimpiadasına  vəsiqəni özünə  təmin etmiş  Orucov indi Olimpiya oyunlarına  daha  yüksək əhval-ruhiyyə  ilə, Avropa  çempionu  kimi hazırlaşacaq.

Azərbaycan  cüdoçusunun Kazanda  qazandığı qızıl medal bu yarışda ölkəmizin ikinci  mükafatı  idi. Turnirin birinci  günü Orxan Səfərov (60 kq-dək) da  inamla çıxış etmiş  və yalnız finalda  uduzaraq ikinci  mükafata  sahib olmuşdu.

Çempionatın iki  günündən sonra Orucovun qızıl, Səfərovun gümüş  medalları  sayəsində  Azərbaycan millisi komanda hesabında Fransa (3  qızıl, 1  gümüş, 1 bürünc mükafat)  və Gürcüstandan (1+3+1) sonra üçüncü yerdə  idi.

Dünən  Avropa çempionatı  növbəti  çəki  dərəcələrində  görüşlərlə  davam etdirilmişdir. Turnirin  sonuncu  günü  daha  dörd  cüdoçumuz  Məmmədəli Mehdiyev (90 kq-dək), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq-dək) və Uşanqi  Kokauri (100 kq-dan yuxarı) tatami  üzərinə  çıxmışlar.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında