Qaliblər bu gün məlum olacaq

Moskvada artıq başa çatmaqda olan Mixail Talın xatirəsinə həsr edilmiş beynəlxalq turnir bu mötəbər yarışların tarixində sayca beşincidir. İndiki turnirin yeddinci turunda Şəhriyar Məmmədyarov əvvəlki yarışların ikiqat qalibi - 2007 və 2009-cu illərdə müvafiq surətdə 6,5 və 6 xal toplamaqla baş mükafatı qazanmış rusiyalı Vladimir Kramniklə görüşmüşdür. Azərbaycanlı qrossmeysterin qaralarla oynadığı görüşün 51-ci gedişində heç-heçə qeydə alınmış və Məmmədyarov turnirin üç qalibindən biri olmaq imkanını özündə saxlamışdır.
Pavel Elyanov (Ukrayna) - Sergey Karyakin (Rusiya), Levon Aronyan (Ermənistan) - Hikaru Nakamura (ABŞ), Aleksandr Qrişuk (Rusiya) - Aleksey Şirov (İspaniya) görüşləri də "dinc" nəticələrlə yadda qalacaq. Çinli Van Hao isə israilli Boris Gelfanda qalib gəlib liderlərlə bir sırada dayanmışdır.
Bu görüşlərdən sonra turnir cədvəlinə başçılıq edən Məmmədyarov, Aronyan və Van Hao xal ehtiyatlarını 4,5-ə çatdırdılar. Cədvəlin dörd-altıncı pillələrində olan Karyakin, Qrişşuk və Nakamura 4 xal toplamışdılar. Kramnikin 3,5, Gelfand, Elyanov və Şirovun 2 xalı var idi.
Dünən axşam keçirilən səkkizinci turda Məmmədyarov ağlarla Van Haoya Karyakin Kramnikə, Şirov isə Elyanova qalıb gəlmişdir. Aronyan - Qrişşuk və Nakamura - Gelfand görüşlərində heç-heçə qeydə alınmışdır.
Beləliklə, səkkiz turdan sonra həmyerlimiz Şəhriyar Məmmədyarov 5,5 xalla turnir cədvəlinə başçılıq edir. Aronyan və Karyakin 5 xalla 2-ci, 3-cü sıradadır. Aktivində 4,5 xal olan Van Hao, Qrişşuk, həmçinin Nakamura dördüncü və altıncı mövqeni bölüşürlər. Sonrakı yerlərdə isə Kramnik, Şirov, Gelfand və Elyanov qərarlaşıblar.
Yarışlara bu gün sonuncu, doqquzuncu turla yekun vurulacaq.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında