Dörd xoşbəxt yarımfinalçı

UEFA Çempionlar Liqası turnirinin yarımfinalında mübarizəni davam etdirəcək daha iki komanda məlum olmuşdur. İspaniyanın “Real” (Madrid)  və  İngiltərənin “Mançester Siti”  klublarından sonra İspaniyanın daha bir təmsilçisi “Atletiko” və “Bavariya” (Almaniya) da xoşbəxt günlərini yaşayırlar.

“Atletiko” dörddəbir finalda iki oyunun yekununda “Barselona”dan güclü olmuş (səfərdə 1:2-dən sonra evdə 2:0), “Bavariya”  isə “Benfika”nı (Portuqaliya)  məyus etmişdir — 1:0 və 2:2.

Nəticədə Avropa klub futbolunun ən ali  mükafatı Çempionlar  Liqası  kubokuna cəmi dörd iddiaçı qalır — “Real”, “Atletiko”, “Mançester Siti” və “Bavariya”. Yarımfinalda “Mançester Siti”  “Real” ilə görüşəcək, “Atletiko” isə “Bavariya”ya qalib gəlməyə çalışacaq. Yarımfinal oyunları aprelin 26-27-də və mayın 3-4-də  keçiriləcəkdir. Qaliblər mayın 28-də Milanda (İtaliya)  final matçında qarşılaşacaqlar.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında