Azərbaycan idmançısı Avropa çempionudur!

Ölkəmizin ağırlıqqaldırma üzrə  yığma komandasının üzvü Boyanka  Kostova Norveçin Fyord  şəhərində  keçirilən Avropa  çempionatında çıxışlarını fəxri  kürsünün  zirvəsində  başa vurmuşdur.

Azərbaycan  təmsilçisi 58 kq  çəki  dərəcəsində  bütün  rəqiblərindən yüksək  hazırlıq  səviyyəsi  və möhkəm iradə  nümayiş etdirmişdir. Kostova  iki  hərəkətin cəmində 235 kq ağırlıq qaldıraraq (birdən 105, təkanla 130 kq) Avropa çempionu  adını  qazanmışdır. O, birdən  və  təkanla ağırlıqqaldırmada isə iki kiçik  qızıl  medala  sahib olmuşdur.

Çempionatın  əvvəlki günlərində digər  Azərbaycan idmançısı Elmar Əliyevin (56 kq  çəki dərəcəsi)  təkanla ağırlıq  qaldırmaqda kiçik bürünc  medal  qazandığını da  xatırladaq.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında