Tarixi nailiyyət

Azərbaycanın futzal üzrə  milli komandası öz tarixində ilk dəfə dünya çempionatının final mərhələsində oynayacaq.

Yığmamız  bu hüququ seçmə yarışlarının pley-off mərhələsində Hollandiya komandası ilə  görüşlərdə qazanmışdır. Səfərdə ilk oyunda  rəqiblərini 5:1 hesabı ilə məğlubiyyətə  uğradan Azərbaycanın futzal ustaları paytaxtımızda cavab  matçında heç-heçə ilə kifayətlənsələr də (4:4) iki oyunun ümumi yekununda özlərini də, pərəstişkarlarını da sevindirib tarix yazmağı bacardılar.

Dünya çempionatının final  mərhələsinə aparan yol komandamızın  üzünə  açıqdır!

Ölkəmizlə yanaşı, Avropadan Rusiya, Qazaxıstan,  Ukrayna, Portuqaliya  və İspaniya da dünya çempionatında təmsil olunacaqlar.  İtaliya – Macarıstan  cütünün  qalibi də  onlara  qoşulacaq (ilk oyunda italyanlar 3:0  hesabı ilə  qələbə  qazanmışlar).

Dünya çempionatında  cəmisi 24 ölkənin  komandaları  mübarizə aparacaqlar. Çempionat bu il sentyabrın 10-dan oktyabrın 1-dək Kolumbiyada  keçiriləcəkdir.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında