Ən çox qazanan futbolçu Lionel Messidir

İspaniyanın “Barselona” klubunun argentinalı ulduz futbolçusu Lionel Messi ötən il ən çox gəlir əldə edən futbolçu olub. Bu barədə “Futbolhd.ru” saytı məlumat yayıb. Mənbə qeyd edir ki, argentinalı  futbolçu 2015-ci ildə 74 milyon avro qazanaraq bütün həmkarlarını geridə qoyub. Lionel Messinin əzəli rəqibi “Real Madrid” klubunun portuqaliyalı ulduz futbolçusu Kriştiano Ronaldo isə 67,4 milyon avro qazanıb.

Araşdırmaçılar qeyd edirlər ki, L.Messi 2014-cü ildən sonra gəlirlərini 9 milyon avro artırıb. Ronaldo bu göstərici ilə Messiyə məğlub olub. O, ən çox gəlir əldə edən futbolçuların siyahısında ikinci yerdə qərarlaşıb.

Qeyd edək ki, “Barselona” klubunun daha bir ulduz futbolçusu braziliyalı Neymar isə illik  43,5 milyon avro gəlirlə üçüncü olub.

Bu arada, mənbə  ötən il ən çox gəlir əldə edən məşqçilərin də siyahısını açıqlayıb. 2015-ci ilin dekabr ayında “Çelsi”dən qovulan Joze Mourinyo bu göstərici üzrə birinci olub. Portuqaliyalı mütəxəssis ötən il 24 milyon avro qazanıb. İlk üçlükdə isə “Bavariya”nın baş məşqçisi Xosep Qvardiola və Rusiya yığmasının baş məqşçisi Fabio Kapello yer alıb.

Bir daha xatırladaq ki, 2014-cü illə müqayisədə gəlirlərini 9 milyon avro artıran L.Messi ümumi qazanca görə Kriştiano Ronaldonu geridə qoysa da, buna baxmayaraq, portuqaliyalı ulduz gəlirlərini 13,4 milyon avro artırıb.

Mahmud QƏZƏNFƏROĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında