Bir gündə Avropa çempionatında üç medal

Bolqarıstanın Ruse şəhərində keçirilən 23 yaşınadək qızlar arasında güləş üzrə Avropa çempionatının birinci günü mübarizəyə qoşulan Azərbaycanın dörd idmançısından üçü yarış meydanını medalla tərk etmişdir.

İlk növbədə, Tatyana Omelçenkonun böyük müvəffəqiyyətini qeyd etmək olar. Güləşçimiz bütün rəqiblərini, o cümlədən finalda ukraynalı Angelina Lısakı məğlubiyyətə uğradaraq 60 kq çəki dərəcəsində çıxışlarını fəxri kürsünün ən yüksək pilləsində başa vurmuşdur.

Azərbaycanlı çempionun komanda yoldaşları Almaz İsmayılova (55 kq) və Elis Manolova (69 kq) isə Bakıya bürünc mükafatlarla qayıdacaqlar. Onlar üçüncü yer uğrunda görüşlərdə müvafiq surətdə Estoniya güləşçisi Anastasiya Krasnovaya və bolqarıstanlı Viktoriya Bobevaya qalib gəlmişlər.

Dünən Avropa çempionatı digər çəki dərəcələrində görüşlərlə davam etdirilmişdir. Bu görüşlərdə daha iki idmançımız xalça üzərinə çıxmışdır.

Xatırladaq ki, qızların turnirindən əvvəl yunan-Roma üsulu ilə güləşənlərin çempionatı keçirilmiş və bu yarışda Azərbaycan idmançıları 1 gümüş və 2 bürünc medal qazanmışlar.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında