İdman

Əvvəlki tək liderlər qrupunda
Qrossmeyster Şəhriyar Məmmədyarov Moskvada səkkizinci dünya çempionu Mixail Talın xatirəsinə həsr edilmiş beynəlxalq turnirdə bir günlük istirahətdən sonra beşinci turda rusiyalı Aleksandr Qrişukla 49-cu gedişdə heç-heçəyə razılaşaraq liderin ən yaxın izləyiciləri qrupunda öz mövqeyini qoruyub saxlamışdır.
Turun daha üç oyununda qalib müəyyənləşməmişdir. Levon Aronyan (Ermənistan) - Sergey Karyakin (Rusiya), Vladimir Kramnik (Rusiya) - Van Hao (Çin) və Aleksey Şirov (İspaniya) - Hikaru Nakamura (ABŞ) görüşlərində rəqiblər bir-birinin müqavimətini qıra bilməmişlər. Təkcə Pavel Elyanov (Ukrayna) Boris Gelfanda (İsrail) qalib gəlməyi bacarmışdır.
Beş turdan sonra turnir cədvəlinin birinci pilləsində olan Aronyan 3,5 xal toplamışdı. İkinci-altıncı yerləri bölüşdürən Məmmədyarov, Karyakin, Qrişuk, Nakamura və Van Haonun 3 xalı vardır.
Dünən keçirilən altıncı turda Azərbaycan şahmatçısı ağ fiqurlarla Elyanova qarşı oynamışdır. Oyunu qələbə ilə başa vuran Məmmədyarov Aronyanla birinci-ikinci yeri bölüşmüşdür. Qalan görüşlər heç-heçə nəticələnmişdir. Növbəti üç görüşdə Şəhriyarın rəqibləri Kramnik, Van Hao və Gelfand olacaq.{nl}

13-cü tur starta çıxır
Unibank Premyer Liqasının təsnifat mərhələsinin 13-cü turu start ərəfəsindədir. Turun ilk nəticələri təqvimdə bu günə təyin edilmiş "Turan" - "Gəncə" və MOİK-AZAL görüşlərində qeydə alınacaqdır. Azarkeşlər qalan dörd oyunu sabah izləyə biləcəklər: "Bakı" - "Qarabağ", "Muğan" - "Neftçi", "İnter" - "Qəbələ" və "Xəzər-Lənkəran" - "Simurq".
Bu görüşlər ərəfəsində 27 xalla turnir cədvəlinə başçılıq edən "Neftçi" ikinci-üçüncü mövqelərdə irəliləyən "Xəzər-Lənkəran" və AZAL-dan 3 xal irəlidədir. Cədvəlin birinci yarısında onlardan sonra yer alan "İnter"in 23, "Qarabağ"ın 21, "Qəbələ"nin 18 xalı vardır.
Futbol həvəskarlarına məlum olduğu kimi, təsnifat yarışlarının yekununda finişə ilk altı pillədə çatan klublar final mərhələsində çempion adı, həmçinin gümüş və bürünc medallar uğrunda mübarizəni davam etdirəcəklər. Hazırda bu məqsədə daha yaxın olan komandalardan bəzilərinin indiki mövqelərini axıradək qoruya bilib-bilməyəcəklərini demək çətindir. Qarşıda hələ on turun oyunları durur və çox şey dəyişə bilər. İlk növbədə isə bu gün hərəyə 15 xalla yeddinci və səkkizinci pillələrdə olan "Bakı" və "Gəncə"nin birinci altılığa düşmək üçün son anadək gərgin mübarizə aparacaqları heç kimdə şübhə doğurmur.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında