Gimnastımızın ikiqat sevinci

Azərbaycanın idman gimnastikası üzrə yığma komandasının lideri Oleq Stepko Qətərin paytaxtı Doha şəhərində keçirilmiş Dünya kuboku turnirində ikiqat sevinc hissi yaşamışdır.

Təmsilçimiz bir çox ölkə gimnastlarının mübarizə apardığı bu mötəbər yarışda paralel qollarda bütün rəqiblərindən yüksək nəticə göstərərək qızıl medal qazanmış, “müqəvvada” təmrinlərin icrasında isə bürünc mükafatçı olmuşdur.

Bu iki medal Stepkonun 2015-ci ildəki uğurlarının bir növ davamıdır. Azərbaycan gimnastı ötən il birinci Avropa Oyunlarında beş dəfə fəxri kürsüyə yüksəlmiş, bundan bir qədər sonra isə Qlazqoda (Şotlandiya) dünya çempionatında paralel qollarda bürünc medal qazanmış və Rio-de-Janeyro Olimpiadası-2016-ya lisenziyanı özünə təmin etmişdi.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında