Medallara 33 iddiaçı

Yenicə starta çıxmış kişilər arasında şahmat üzrə növbəti Azərbaycan çempionatının medalları uğrunda 33 iştirakçı, o cümlədən 8 qrossmeyster mübarizə aparır.

Birinci  tur məhsuldarlığı ilə fərqlənmiş, görüşlərdən 14-də qələbə qeydə alınmışdır. Reytinqə görə çempionat iştirakçılarının siyahısına başçılıq edən Eltac Səfərlinin Orxan Abdulov ilə oyunda heç-heçə ilə kifayətlənməsi, milli komandamızın digər üzvü Qədir Hüseynovun isə Aqil Pirverdiyev ilə görüşdə məğlubiyyəti bir qədər gözlənilməz olmuşdur.

Çempionat doqquz turdan ibarətdir və onun mükafatçıları martın 23-də məlum olacaq.  Dünən rəqiblər ikinci  turun görüşlərində qarşılaşmışlar.

Oqtay BAYRAMOV, “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında