Beynəlxalq Velosipedçilər İttifaqından şad xəbər

Azərbaycanın trek velosipedi üzrə qadınlardan ibarət yığma komandasının üzvü Olqa İsmayılova Rio-de-Janeyroda keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına iki lisenziya qazanmışdır.

Bununla  bağlı Beynəlxalq Velosipedçilər İttifaqı tərəfindən Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi və Velosiped İdmanı Federasiyasına təsdiq məktubu göndərilib. Velosipedçimiz dördilliyin zirvə yarışlarında ölkəmizi həm sprint, həm də keyrin yarışlarında təmsil edəcək.

Milli Velosiped İdmanı Federasiyasının bu  barədə yaydığı məlumatda, həmçinin bildirilir ki, Beynəlxalq Velosipedçilər İttifaqının reqlamentinə əsasən, Yay Olimpiya Oyunlarından əvvəl iki il ərzində velosipedçilər dünya və Avropa çempionatları, Dünya kuboku yarışları da daxil olmaqla iştirak etdikləri bütün turnirlərdə Olimpiadaya lisenziya xalları toplayırlar. Bu müddət ərzində uğurla çıxış edən Olqa İsmayılova həm sprint, həm də keyrin növündə Olimpiya Oyunlarında iştirak etmək hüququ əldə edən 27 velosipedçi sırasına daxil olmuşdur.

Qeyd edək ki, buna qədər digər velosipedçimiz Maksim Averin Olimpiadanın şosedə velosipedsürmə yarışlarına vəsiqə qazanmışdı.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında