“Zirə” mövqeyini möhkəmləndirir

“Kəpəz”-"Xəzər-Lənkəran"-2:0, AZAL-"Neftçi"-1:1, “Qəbələ”-"Zirə"-1:2, “İnter”-"Rəvan"-3:1, “Sumqayıt”-"Qarabağ"-0:2.

Topaz Premyer Liqasının 25-ci turunda qeydə alınmış bu nəticələrdən “Zirə”nin qələbəsini xüsusi qeyd etmək olar. Çempionatın debütantı bu yaxınlarda ölkə kuboku yarışlarında iki dəfə uduzduğu “Qəbələ”yə səfərdə qalib gəlməklə turnir cədvəlinin ikinci pilləsində öz mövqeyini bir qədər də möhkəmləndirmişdir.

Bu turdan sonra “Zirə” (47 xal) qızıl medallara doğru inamla irəliləyən “Qarabağ”dan (54) 7 xal geridə qalırsa, 41 xalla cədvəldə üçüncü-dördüncü yerlərdə olan “Qəbələ” və “İnter”dən 6 xal irəlidədir.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında