Kasablanka və Buenos-Ayresdə beş medal

Azərbaycan  cüdoçuları Mərakeş və Argentina paytaxtlarında keçirilmiş beynəlxalq yarışlarda üst-üstə beş mükafat qazanmışlar. Kasablankada Afrika kuboku turnirinin yekununda tatami ustalarımıza bir dəst medal təqdim olunmuş, Buenos-Ayresdə “Pan Amerikan Open”də isə iki təmsilçimiz fəxri kürsüyə yüksəlmişdir.

Mərakeş sınaqlarında Azərbaycan idmançılarından ən böyük müvəffəqiyyəti 100 kq-dan yuxarı çəki dərəcəsində bütün rəqiblərinə qalib gələn Uşanqi Kokauri qazanmışdır. Onun qızıl medalı, eləcə də Məmmədəli Mehdiyevlə Ramin Qurbanovun (hər ikisi 90 kq) müvafiq surətdə gümüş və bürünc mükafatları yığmamızı komanda hesabında dördüncü yerə çıxarmışdır.

Buenos-Ayres turnirində isə Vüqar Şirinli yüksək hazırlıq səviyyəsi nümayış etdirərək 60 kq çəki dərəcəsində çıxışlarını qızıl medalla başa vurmuşdur. Vüqarın komanda yoldaşı Şahin Qəhrəmanov (90 kq) üçüncü mükafata sahib olmuşdur. Nəticədə Azərbaycan komandası 1 qızıl və 1 bürünc medalla ümumi hesabda altıncı yeri tutmuşdur.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında