Finişdə bürünc mükafatlar

Latviyanın paytaxtı Riqada  güləş üzrə Avropa çempionatına yunan-Roma üsulu ilə güləşənlərin görüşləri ilə yekun vurulmuşdur. Bu turnirdə Azərbaycan komandasının iki üzvü bürünc mükafatçı olmuşdur.

Şənbə günü Kamran Məmmədov 66 kq çəki dərəcəsində üçüncü yeri tutmuş, ertəsi  gün isə Həsən Əliyev (71 kq) onun müvəffəqiyyətini təkrar etmişdir. Bu iki bürünc medal sayəsində yığmamız komanda hesabında üçüncü olmuşdur. Çempionatda “klassiklərdən” əvvəl mübarizəyə başlayan Azərbaycanın sərbəst güləşənlərinin (2 gümüş, 1 bürünc mükafat) komanda hesabında beşinci, qadın güləşçilərimizin (2 qızıl, 1 bürünc medal) isə dördüncü yeri tutduqlarını da qeyd edək.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında