“Qarabağ” Sumqayıtda, “Zirə” Qəbələdə

Topaz Premyer Liqasında üçüncü dövrə tədricən finişə yaxınlaşır. Bu günə təyin edilmiş 25-ci turda liderlərin iştirakı ilə keçiriləcək görüşlər daha çox maraq doğurur.  “Qarabağ” Sumqayıtda eyniadlı klubla qarşılaşacaq, “Zirə” isə “Qəbələ”nin qonağı olacaq.

Turun qalan üç görüşündə “Kəpəz” futbolçuları “Xəzər-Lənkəran”ı, AZAL “Neftçi”ni, “İnter” isə “Rəvan”ı qəbul edəcəklər.

Bu tur ərəfəsində turnir cədvəlində liderlər üçlüyünü təşkil edən “Qarabağ”ın 51, “Zirə”nin 44, “Qəbələ”nin 41, onların ən yaxın izləyiciləri “İnter”in 38, “Kəpəz”in 36 xalı vardır.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında