“Arena Riqa”da Azərbaycanın ikinci qızıl medalı

Milli komandamızın güləşçiləri Latviya paytaxtında keçirilən Avropa çempionatında Azərbaycana ikinci qızıl medal qazandırmışlar. Bu dəfə qadınların  turnirində 58 kq çəki dərəcəsində çıxış edən Natalya Sinişin qitə çempionu olmuşdur.

Azərbaycan idmançısı “Arena Riqa”da Veronika İvanovaya (Belarus) 4:2, ukraynalı Anna Vasilenkoya 5:0, yarımfinalda İsveç təmsilçisi Elin Coanna Nilssona 12:2, finalda isə norveçli Qreys Yakob Bullenə 3:1 hesabı ilə qalib gələrək özünü də, pərəstişkarlarını da böyük qələbə ilə sevindirmişdir.

Avropa çempionumuz bu uğuru ilə yığmamızın medallarının sayını 6-ya çatdırmışdır. Xatırladaq ki, N.Sinişindən əvvəl Mariya Stadnik (48 kq) qızıl, Aleksandr Qostiyev (86 kq), Cəbrayıl Həsənov (74 kq) gümüş, Yuliya Ratkeviç (60 kq) və üçüncü yer uğrunda görüşdə erməni Volodya Franqulyan üzərində 7:0 hesabı ilə qələbə qazanan Hacı Əliyev (61 kq) bürünc mükafatlara sahib olmuşlar.

Dünən çempionatda yunan-Roma üsulu ilə güləşənlərin görüşlərinə start verilmişdir. Təmsilçilərimizdən birinci olaraq Taleh Məmmədov (59 kq), Kamran Məmmədov (66 kq), Orxan Nuriyev (98 kq) və Sabah Şəriəti (130 kq) mübarizəyə qoşulmuşlar.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında