Finalçılar mayın 4-də məlum olacaq

Futbol üzrə Azərbaycan kuboku yarışlarında dörddəbir final mərhələsinin cavab görüşləri də keçirilmiş və yarımfinalda fəxri mükafat uğrunda mübarizəni  davam etdirəcək komandalar  məlum olmuşdur.

Bu hüququ  Ağdamın “Qarabağ”, Bakının “İnter”, “Neftçi”  klubları  və “Qəbələ” futbolçuları  qazanmışlar. Ağdam komandası dörddəbir finalda “Sumqayıt” üzərində  üstünlüyünü iki qələbə ilə sübuta  yetirmiş (2:0 və 4:1), “Qəbələ” də hər iki oyunda “Zirə”dən  güclü olmuş (2:1, 5:1), “İnter” “Rəvan” ilə ilk görüşdəki məğlubiyyətin (1:2) əvəzini cavab matçında üç  cavabsız qolla  çıxmış (3:0), “Neftçi” isə iki oyunun ümumi yekununda “Xəzər-Lənkəran”ı mübarizədən kənarlaşdırmışdır (səfərdə 2:3-dən sonra evdə 2:0).

Yarımfinal görüşləri aprelin 27-də və mayın 4-də keçiriləcəkdir. Finalın  astanasında “İnter”lə  “Qarabağ”, “Neftçi” ilə “Qəbələ” üz-üzə  gələcəklər.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında