Elvin Məmişzadə dünya reytinqində birincidir

Beynəlxalq Həvəskar Boks Federasiyası (AİBA) dünyanın ən yaxşı kişi və qadın dəri əlcək ustalarının yeni reytinq cədvəlini dərc etdirmişdir.

Siyahılarda Azərbaycanın doqquz boksçusu öz çəki dərəcəsində birinci onluğa daxildir. Təmsilçilərimiz arasında ən yüksək nəticəyə Elvin Məmişzadə (52 kq) malikdir. Dünya çempionu və Avropa Oyunlarının qızıl mükafatçısı birinci mövqedədir.

Onun komanda yoldaşları Albert Səlimov (60 kq), Pərviz Bağırov (69 kq) və Abdulqadir Abdullayev (91 kq) üçüncü pillədə irəliləyirlər. Qallazo Sotomayor (64 kq) altıncı, Tayfur Əliyev (56 kq) səkkizinci, Rüfət Hüseynov (49 kq) və Teymur Məmmədov (81 kq) onuncu yerdədirlər.

Dünyanın ən yaxşı qadın boksçularının reytinq cədvəlində isə Azərbaycanın iki idmançısının adları   vardır. Yelena Vıstropova (69 kq) siyahıda ikinci, Yana Alekseyeva (60 kq) beşinci pillədədirlər.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında