Baş mükafatı "Azərreyl" qazandı

Bir həftə ərzində voleybol həvəskarlarının Bakı İdman Sarayında maraqla izlədikləri qadın komandaları arasında beynəlxalq turnirin baş mükafatını Azərbaycan paytaxtının "Azərreyl" klubu qazanmışdır. Bakılılar yarışın sonuncu günü həmyerliləri "Rabitə" voleybolçularına məğlub olsalar da (0:3) udulan və uduzulan hissələrin fərqinə görə turnirin qalibi olmuşlar. Komanda finişə 9 xalla çatmışdır.
Beşinci turun digər iki oyununda "Uraloçka" (Rusiya) "Qalatasaray"dan (Türkiyə) güclü olmuş - 3:1, "Lokomotiv" (Azərbaycan) isə "Zareçye Odintsovo"ya (Rusiya) uduzmuşdur - 0:3.
Nəticədə, ikinci yeri "Rabitə" kollektivi tutmuşdur. Bu komanda da 9 xal toplayaraq öz növbəsində hissələrin fərqinə görə üçüncü mükafatçı "Uraloçka" klubunu qabaqlamışdır.
Turnirin ən yaxşı voleybolçusu üçün təsis edilmiş mükafata "Rabitə"nin lideri Natalya Məmmədova layiq görülmüşdür.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında