Idman

Yarımfinalda kimi görəcəyik?

Futbol üzrə Azərbaycan kuboku yarışlarının dörddəbir final mərhələsinin ilk oyunlarının əvvəldən axıradək gərgin mübarizə şəraitində davam etməsi bütün səkkiz komandanın yarımfinal barəsində çox ciddi düşündüyünü təsdiq edir.

Diqqət yetirin, dörd görüşdən üçündə qaliblərin üstünlüyü cəmi bir top fərqlə ifadə olunmuşdur ("Xəzər-Lənkəran" - "Neftçi"-3:2, "Zirə"-"Qəbələ"-1:2, "Rəvan"- "İnter"- 2:1). Təkcə "Qarabağ" futbolçuları "Sumqayıt"ı iki cavabsız qolla məğlubiyyətə uğradaraq (2:0) özlərinə kifayət qədər maddi üstünlük yarada bilmişlər.

Yarımfinalda məhz hansı klublarımızı görəcəyimiz gün uzaqda deyil. Hər şey martın 9-na təyin edilmiş dörddəbir final oyunlarının cavab görüşlərindən sonra qəti məlum olacaq. Görək kim məqsədinə çatacaq, kim yarımfinaldan kənarda qalacaq.

 


 

Dünya kuboku uğrunda

Bakı daha bir mötəbər idman hadisəsi ərəfəsindədir. Sabah Milli Gimnastika Arenasında batut üzərində tullanışlar üzrə Dünya kuboku turnirinə start veriləcək. Bununla da Azərbaycanda gimnastikanın bu növü üzrə ilk dəfə belə yüksək səviyyəli yarış keçiriləcək.

Bu yaxınlarda idman həvəskarlarımız elə həmin Milli Gimnastika Arenasında ilk dəfə təşkil edilən idman gimnastikası üzrə Dünya kuboku turnirinin gedişini böyük maraqla izləmişdilər. İndi isə onlar batut üzərində tullanışlarda dünyanın ən yaxşı gimnastlarının ustalığını qiymətləndirmək imkanı qazanmışlar.

İki gün davam edəcək Dünya kuboku yarışının mükafatları uğrunda bir çox ölkə təmsilçiləri mübarizə aparacaqlar. Turnir onun bütün iştirakçıları kimi, Azərbaycan komandası üzvlərinə də güclü rəqiblərlə gərgin mübarizə şəraitində öz bacarıq  və ustalıqlarını yoxlamaq imkanı verəcək.  Başlıcası isə, qarşıdakı startlar ölkəmizdə bu növə marağı daha da artıracaq və onun inkişafına yeni təkan verəcək.

 


 

Mariya Stadnik lider mövqeyində

Dünya Güləş Birliyi dünyanın ən yaxşı qadın güləşçilərinin yeni reytinq cədvəlini dərc etdirmişdir. Azərbaycan yığmasının lideri Mariya Stadnik 48 kq çəki dərəcəsində çıxış edən güləşçilərin siyahısında ən yaxşı nəticə ilə lider mövqeyindədir.

Komandamızın digər üzvlərindən Anjela Doroqan (53 kq) beşinci, Yuliya Ratkeviç (58 kq) altıncı, İrina Netreba (60 kq) səkkizinci və Natalya Sinişin (55 kq) doqquzuncu pillədə irəliləyirlər.

Oqtay BAYRAMOV,
"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında