Ağlarla iki heç-heçədən sonra qaralarla qələbə

Qrossmeyster Şəhriyar Məmmədyarov Moskvada keçirilən və səkkizinci dünya çempionu Mixail Talın xatirəsinə həsr edilən beynəlxalq turnirdə qələbələrinin hesabını açmışdır. Azərbaycan şahmatçısı Hikaru Nakamura (ABŞ) və Sergey Karyakinə (Rusiya) qarşı ağlarla oynadığı görüşlərin hər ikisində heç-heçə ilə kifayətləndikdən sonra üçüncü turda qara fiqurlarla ispaniyalı Aleksey Şirova qalib gəlmişdir. Gərgin mübarizə şəraitində davam edən görüşün taleyi 71-ci gedişdə həll olunmuşdur.
Turun qalan oyunlarında Pavel Elyanov (Ukrayna) Vladimir Kramnikə (Rusiya) uduzmuş, Levon Aronyan (Ermənistan) Boris Gelfanda (İsrail) qalib gəlmiş, Karyakin və Aleksandr Qrişuk (Rusiya) isə müvafiq surətdə Nakamura və Van Hao (Çin) ilə heç-heçəyə razılaşmışlar.
Üç turdan sonra turnir cədvəlinin birinci pilləsində olan Aronyanın 2,5 xalı vardır. İki-altıncı yerləri bölüşdürən Məmmədyarov, Karyakin, Qrişuk, Nakamura və Van Hao 2 xal toplamışlar.
Dünən keçirilən dördüncü turda Azərbaycan şahmatçısı ağlarla Aronyana qarşı oynamışdır. Bu gün isə turnirdə istirahət günüdür.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında