İdman

Lider fərqi artırır
Azərbaycan Premyer Liqasında "Qarabağ"ın MOİK üzərində qələbəsi ilə başlanan (3:0) 12-ci turun qalan oyunlarının nəticələri: "Neftçi" - "İnter" - 1:1, "Qəbələ" - "Xəzər-Lənkəran" - 1:0, "Muğan" - "Turan" - 0:0, "Gəncə" - "Bakı" - 1:3, "Simurq" - AZAL - 0:1.
Bu turdan sonra turnir cədvəlində 27 xalla vahid lider olan "Neftçi" ən yaxın izləyicisi "Xəzər-Lənkəran"la (24) öz arasındakı fərqi 3 xala çatdırmışdır. Növbəti qələbə sayəsində üçüncü pilləyə yüksələn AZAL-ın da 24 xalı vardır. Sonrakı üç yeri tutan "İnter" 23, "Qarabağ" 21 və "Qəbələ" 18 xal toplamışlar.{nl}

"Azərreyl" "Uraloçka"dan da güclüdür
Bakı İdman Sarayında keçirilən qadın voleybol komandaları arasında beynəlxalq turnirdə bir günlük istirahətdən sonra Azərbaycan paytaxtının "Azərreyl" klubu daha bir qələbə qazanmışdır. Bu dəfə voleybolçularımız yarışın baş mükafatına əsas namizədlərdən biri "Uraloçka"nı (Rusiya) məğlubiyyətə uğratmışlar - 3:1.
Bakının digər komandaları "Rabitə" ilə "Lokomotiv"in görüşündə də 3:1 hesabı qeydə alınmışdır. Qələbəyə "Rabitə" sevinmişdir. "Qalatasaray" (Türkiyə) isə "Zareçye Odintsovo"ya (Rusiya) uduzmuşdur - 1:3.
Beynəlxalq turnirə dünən keçirilən "Uraloçka" - "Qalatasaray", "Lokomotiv" - "Zareçye Odintsovo" və "Azərreyl" - "Rabitə" görüşləri ilə yekun vurulmuşdur. Finiş ərəfəsində "Azərreyl"in 8, ikinci-üçüncü pillələrlə irəliləyən "Rabitə" və "Uraloçka"nın 7 xalı var idi.

{nl}

Karyakinlə də heç-heçə
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Moskvada Mixail Talın xatirəsinə həsr edilmiş XXI kateqoriyalı beynəlxalq turnirin ikinci turunda da yarım xalla kifayətlənmişdir. Ağlarla oynayan qrossmeysterimiz rusiyalı Sergey Karyakinlə görüşün 39-cu gedişində rəqibi ilə heç-heçəyə razılaşmışdır.
Van Hao (Çin) - Levon Aronyan (Ermənistan), Vladimir Kramnik - Aleksandr Qrişuk (hər ikisi Rusiya) görüşlərində də "dinc" nəticə qeydə alınmışdır. Digər iki oyunda isə Hikaru Nakamura (ABŞ) Pavel Elyanova (Ukrayna), Boris Gelfand (İsrail) Aleksey Şirova (İspaniya) qalib gəlmişlər.
İki turdan sonra ilk beş yeri hərəyə 1,5 xala malik Aronyan, Karyakin, Qrişuk, Nakamura və Van Hao tuturlar. Hesabında 1 xal olan Məmmədyarov Gelfandla altı-yeddinci yerləri bölüşdürür.
Dünən keçirilən üçüncü turda Şəhriyar Şirovla görüşmüşdür.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında