43-cü gedişdə heç-heçə

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Moskvada keçirilən və səkkizinci dünya çempionu Mixail Talın xatirəsinə həsr edilən mötəbər beynəlxalq turnirə heç-heçə ilə başlamışdır. Qrossmeysterimiz start turunda Hikaru Nakamura (ABŞ) ilə qarşılaşmış və 43-cü gedişdə rəqiblər hərəyə yarım xala razılaşmışlar.
Turun qalan görüşləri məhsuldar olmuşdur. Sergey Karyakin (Rusiya) Boris Gelfanda (İsrail), Van Hao (Çin) Aleksey Şirova (İspaniya), Aleksandr Qrişuk (Rusiya) Pavel Elyanova (Ukrayna) və Levon Aronyan (Ermənistan) Vladimir Kramnikə (Rusiya) qalib gəlmişlər.
Dünən keçirilən ikinci turda Məmmədyarov Karyakinlə görüşmüşdür. Bu günə təyin edilmiş üçüncü turda isə Şəhriyar Şirova qarşı oynayacaq.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında