Kiyev turnirinin azərbaycanlı mükafatçıları

Azərbaycanın qadınlardan ibarət yığma komandasının güləşçiləri Kiyevdə başa çatmış beynəlxalq turnirdə inamla çıxış etmişlər. Təmsilçilərmizdən yeddi nəfərinə fəxri kürsüdə medal təqdim olunmuşdur.

Millimizin lideri Mariya Stadnik (48 kq) və Natalya Sinişin (58 kq) xüsusilə fərqlənmişlər. Hər iki güləşçi qızıl medal qazanmışlar.

Anjela Doroqan (55 kq) yalnız final görüşündə uduzub gümüş mükafatçı olmuş, Almaz İsmayılova (55 kq), Yuliya Ratkeviç (58 kq), Tatyana Omelçenko (60 kq) və Gözəl Zutova (69 kq) isə çıxışlarını üçüncü yerdə başa vurmuşlar.

Nəticədə Azərbaycan komandası Ukrayna paytaxtından Bakıya 2 qızıl, 1 gümüş və 4 bürünc medalla qayıtmışdır.

 


 

“Qızıl”, “bürünc” və komanda hesabında ikinci yer

 

Avstriyanın Obervart şəhərində cüdo üzrə Avropa kuboku turniri finişə çatmışdır. Azərbaycanın tatami ustaları bu yarışda bir qızıl və bir bürünc medalın sevincini yaşamışlar.

Qızıl mükafatı 100 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən Uşanqi Kokauri qazanmışdır. O, bütün rəqiblərini məğlubiyyətlə barışmağa məcbur etmişdir. Cüdoçumuz Ekvador, Avstriya, Monqolustan və Kuba idmançıları üzərində qələbələrdən sonra finalda rusiyalı Aslan Kambiyevə də qalib gəlib fəxri kürsünün zirvəsinə yüksəlmişdir.

Yığmamıza bürünc medalı isə Vüqar Şirinli (60 kq) qazandırmışdır. Azərbaycan komandası bu iki mükafat sayəsində ümumi hesabda yalnız Monqolustandan (2 qızıl, 1 gümüş medal) geri qalıb ikinci yeri tutmuşdur.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında