Tək-tənha, əlavə göstəricilərin köməyi olmadan

Biz qəzetimizin dünənki sayında azərbaycanlı qrossmeyster Eltac Səfərlinin 5 noyabr axşamında Sankt-Peterburqda başa çatmış Mixail Çiqorinin xatirə turnirinin sonuncu turunda ukraynalı Aleksandr Areşçenko ilə heç-heçə oynayaraq yarışın qalibi olması haqqında məlumat vermişik. İndi isə idman ictimaiyyətimizin ürəyindən olan həmin xoş xəbərə bunu da əlavə etmək istərdik ki, 274 iştirakçının İsveçrə sistemi üzrə mübarizə apardığı və doqquz turdan ibarət turnirdə Səfərli zirvəni tək-tənha, əlavə göstəricilərin köməyi olmadan fəth etmişdir.
Turnirdə bir dəfə də uduzmayıb, altı qələbə qazanan, o cümlədən erməni Davit Petrosyanı, turnirin ikinci mükafatçısı İvan Sokolovu (Bosniya və Herseqovina) da məğlubiyyətə uğradan və üç görüşdə heç-heçə oynayan Eltac finişə 7,5 xalla çatmışdır. İkinci-yeddinci yerləri bölüşdürən Sokolov, Areşçenko, Rusiya şahmatçıları Dmitri Andreykin, Aleksey Dreyev, Konstantin Sakayev və Vladimir Fedoseyev Səfərlidən yarım xal geri qalmışlar.
Göründüyü kimi, azərbaycanlı qrossmeyster Eltac Səfərli xatirə turnirinin baş mükafatının layiqli sahibidir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında