“Azəryol” yarımfinalın bir addımlığında

Qadın komandaları arasında Avropa Voleybol Konfederasiyasının kuboku yarışlarında inamlı çıxışlarını davam etdirən Bakının “Azəryol” klubu dörddəbir finala da uğurla başlamışdır.

Voleybolçularımız bu mərhələnin ilk oyununda İtaliyanın “Novara” komandasını 3:1 hesabı ilə məğlubiyyətə uğratmaqla yarımfinala vəsiqə qazanmaq məqsədlərinə yaxınlaşmışlar. Lakin “Azəryol” həlledici mərhələdə turnirin ən güclü dörd komandası sırasında mübarizə aparmaq vəzifəsinin öhdəsindən tam gəlmək üçün italyanlar üzərində üstünlüyünü bir daha sübuta yetirməlidir. Bunun belə olub-olmayacağını fevralın 23-də rəqib meydanında oynanılacaq cavab görüşündən sonra biləcəyik.


 

Düsseldorfa, “Qran-pri”  turnirinə...

 

Bu yaxınlarda Havanada “Qran-pri”, sonra da Parisdə “Böyük dəbilqə” turnirlərində çıxış  etmiş Azərbaycan milli komandasının cüdoçuları daha bir ciddi sınağa hazırlaşırlar. Bu dəfə tatami ustalarımız fevralın 19-20-də Almaniyanın Düsseldorf şəhərində keçiriləcək “Qran-pri”nin mükafatları uğrunda mübarizə aparacaqlar.

Milli Cüdo Federasiyasının saytında qarşıdakı yarış barədə verilmiş məlumatda turnirdə ölkəmizin 14 cüdoçu ilə təmsil olunacağı bildirilir. Bunlar Orxan Səfərov, İlqar Müşkiyev (hər ikisi 60 kq), Rüstəm Orucov (73 kq) 100 kq çəki dərəcəsində çıxış edən Elmar Qasımov, Elxan Məmmədov və başqalarıdır.


 

“Xəzər kuboku 2016”

 

Bu günlər İran İslam Respublikasında keçirilən “Xəzər kuboku 2016” beynəlxalq şahmat turnirində 80-ə qədər iştirakçı, o cümlədən 16 qrossmeyster yarışır. Turnirdə Azərbaycanı Azər Mirzəyev və Loğman Quliyev təmsil edirlər.

Mirzəyev kubok uğrunda mübarizəyə uğurla başlayaraq birinci turda türkmənistanlı rəqiblə görüşdən qalib ayrılmışdır. Quliyev isə startda İran şahmatçısına uduzmuşdur.

İsveçrə sistemi üzrə keçirilib doqquz turdan ibarət olan turnir fevralın 18-də finişə çatacaq.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında