Güclü rəqib üzərində mühüm qələbə

Bakının “Lokomotiv” klubunun qadın voleybol komandaları arasında Çempionlar Liqası turnirinin pley- off mərhələsi çərçivəsində İsveçrə təmsilçisi “Volero” ilə ilk oyunda qələbəsi bu rəqiblərin cavab görüşünə marağı daha da artıracaq.

Tərkibində voleybol həvəskarlarımıza yaxşı tanış olan Nataliya Məmmədovanın da çıxış  etdiyi “Volero” hazırda Avropanın ən güclü klublarından biri olduğunu liqa yarışlarının qrup mərhələsində qazandığı bir-birindən layiqli qələbələrlə sübuta yetirmişdir. Bu səbəbdən də Azərbaycan Voleybol Mərkəzində keçirilən görüşdə isveçrəlilərin imkanları meydan sahiblərinin imkanlarından heç də az qiymətləndirilmirdi. Lakin rəqib nə qədər güclü və iddialı olsa da “Lokomotiv” bütün görüş ərzində fəal və əzmkar oyunu ilə qalib gəlməyi bacard, 3:2.

Maraqla izlənilən və əvvəldən axıradək gərgin mübarizə şəraitində davam edən  görüşdə Azərbaycan paytaxtı voleybolçularının bu mühüm qələbəsindən sonra komandamız hesabda irəli çıxmış və ümumi müvəffəqiyyətə bir qədər yaxınlaşmışdır. Lakin hər şey fevralın 25-də Sürixdə keçiriləcək cavab matçından sonra məlum olacaq. Görək, iki oyunun  yekununda Çempionlar Liqasında kim yoluna davam edəcək – “Lokomotiv”, yoxsa, “Volero”?

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında