Dörddəbir final: Azərbaycan-Rusiya

Serbiyanın paytaxtı Belqradda keçirilən futzal üzrə Avropa çempionatı iştirakçılarının sayı ikiqat azalmışdır. Medallar uğrunda mübarizəni davam etdirən ən güclü səkkiz komanda sırasında Azərbaycan yığması da vardır.

Avropa çempionu İtaliyanın Çexiya üzərində böyük hesabla (7:0) qələbəsindən sonra məlum olmuşdur ki, Azərbaycan futzalçıları italyanlardan sonra “D” qrupunda ikinci yeri tutmuş və dörddəbir finala çıxmışlar. İndi komandamız yarımfinalın astanasında “C” qrupunun (Rusiya, Qazaxıstan, Xorvatiya) qalibi Rusiya yığması ilə qarşılaşacaq. “Arena Belqrad”da Azərbaycan-Rusiya dörddəbir final görüşü bu gün keçiriləcəkdir.

Bu gün daha bir yarımfinalçı Qazaxıstan-İtaliya matçında müəyyənləşəkdir. Dörddəbir finalın qalan iki görüşü (Serbiya–Ukrayna, Portuqaliya-İspaniya) dünən axşam keçirilmişdir.

Dörddəbir finalın qalibləri fevralın 11-də yarımfinal görüşlərində mübarizə aparacaqlar. Final matçı fevralın 13-də keçiriləcəkdir.

 


 

Gümüş medal və 200 reytinq xalı

 

Ötən bazar günü Parisdə başa çatmış “Böyük dəbilqə” turnirində çıxış etmiş Azərbaycan komandasının cüdoçuları arasında daha yaxşı nəticə göstərmiş İlqar Müşkiyev 60 kq çəki dərəcəsində ikinci mükafatçı olmuşdur.

Beynəlxalq cüdo dairələrində iştirakçıların güclü tərkibinə görə kiçik dünya çempionatı adlandırılan yarışda tatami ustamız finaladək qarşılaşdığı bütün rəqiblərə— Qırğızıstan, Peru, Fransa, Koreya və Özbəkistan idmançılarına qalib gəlmişdir. İlqar yalnız həlledici görüşdə Yaponiya nümayəndəsinə uduzmuş və mötəbər turnirdə çıxışlarını gümüş medalla başa vurmuşdur.

İ.Müşkiyevin “Böyük dəbilqə”də uğurlu çıxışı ona daha 200 reytinq xalı qazandırmışdır. Cüdoçumuzun bu müvəffəqiyyəti sayəsində yığmamız yüzə qədər ölkə təmsilçilərinin mübarizə apardığı turnirdə komanda hesabında səkkizinci olmuşdur.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında