Altı şahmatçımız 100-lər sırasında

Beynəlxalq  Şahmat Federasiyasının (FİDE) bu yaxınlarda açıqladığı  növbəti   reytinq  cədvəllərindən biri bu oyunun  azərbaycanlı  pərəstişkarlarının  diqqətini yəqin ki,  daha çox  cəlb etmişdir.

Dünyanın  ən yaxşı  gənc  şahmatçı  qızlarının  nəticələrini  əks etdirən  həmin  siyahıda 100-lər  sırasında  Azərbaycanın altı  təmsilçisinin  də  adları vardır.  Üstəlik də,  onlardan üçü  ən  yüksək  reytinqli 25  şahmatçı  sırasında irəliləyir. Günay  Məmmədzadə (2333) 14-cü,  Aydan  Höcətova (2323) 16-cı  və Ülviyyə Fətəliyeva (2295) 22-ci  mövqedədir.

Rusiyalı  Aleksandra  Qoryaçkinanın  (2502)  başçılıq etdiyi siyahıda  digər üç  şahmatçımızın isə göstəriciləri  belədir: 44. Nərmin Məmmədova (2245); 69. Aytən  Əmrayeva (2198); 100.  Xanım Balacayeva (2151).

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında