“Qran-pri”dən “Böyük dəbilqə”yə

Bu gün  Parisdə  başlanacaq “Böyük dəbilqə”  turniri XXXI Yay  Olimpiya Oyunları ilində  cüdoçular  üçün  növbəti  sınaqdır. Dünyanın  bir çox ölkəsindən yüzlərlə  tatami  ustasını Fransa  paytaxtına  toplamış  bu  yarışın qalib  və  mükafatçıları öz  reytinqlərini artırmaq üçün yaxşı imkan  qazanmışlar.

Turnirin  qızıl mükafatçılarının  müvəffəqiyyəti 500  xalla  qiymətləndiriləcək,  gümüş və bürünc  medalların  sahiblərinin  hesabına  müvafiq  surətdə  300  və 200  xal yazılacaq.

Azərbaycan “Böyük dəbilqə”nin  mükafatları  və  reytinq  xalları uğrunda  mübarizədə  bir qrup cüdoçu ilə  təmsil olunur.  Yığma komandamızın  şərəfini  Orxan  Səfərov, İlqar Müşkiyev (hər ikisi 60 kq), 100  kq  çəki  dərəcəsində  çıxış  edən Elmar Qasımov,  Elxan Məmmədov və  daha bir neçə idmançı  qoruyacaq. Xatırladaq ki,  Səfərov  və  Məmmədov bu yaxınlarda Kubada keçirilmiş  Havana “Qran-pri”sinin  bürünc  mükafatçıları olmuşlar.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında